Bəhmən Həsənov: "Həftəninin ilk günü maaşların veriləcəyi gözlənilir"

19:51 - 5 Fevral 2016

"Epizodla bağlı şikayət edəcəyik"

 

Azərbaycan Premyer Liqasının XX turunda "Rəvan” səfərdə "Neftçi”nin qonağı olub. Qarşılaşma 1-1 hesablı bərabərliklə başa çatıb.

 

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov jurnalistlərin suallarını cavablandırıb:

 

-"Neftçi” yaxşı komandadı. Onalara qarşı oynamaq çətindi. Nə bacardıqsa onu da etdik. Zədəli futbolçularımız var. Çalışacağıq ki, növbəti oyunlarda daha yaxşı oynayaq. 
 
-Hakimlərdən şikayətiniz var?
-Xeyr, nəyə görə şikayət etməliyəm. Şikayət etməkdən yorulmuşam. Hakimləri qınamıram. İnşallah gələcəkdə daha yaxşı oyun idarə edə biləcəklər. 
 
-Sanki futbolçularda fiziki yorğunluq var...
-Bəli, etiraf edirəm.  Futbolçularımız yorğundu. Çünki qış fasiləmiz yaxşı alınmadı. 1-2 futbolçumuz var onun da axırına hakimlər çıxır. Yasin Həmidin qırmızı vərəqə aldığı epizodda qayda pozuntusu yox idi. Erik Ramosun necə futbolçu olduğunu hamı bilir. Epizodla bağlı şikayət edəcəyik. 
 
-Komandada maliyyə durumu necədir?
-İnşallah yaxşı olacaq. Həftəninin ilk günü maaşların veriləcəyi gözlənilir. 

Xəbər xətti