"Debüt oyunumda belə böyük hesabla məğlub olmağı istəməzdim"

00:45 - 7 Fevral 2016

Vüqar Bəybalayev: "Artıq qələbələrlə azarkeşləri sevindirməyin vaxtıdır"
 
"İstəməzdik ki, belə hesabla məğlub olaq. Debüt oyunumda belə böyük hesabla məğlub olmağı heç istəməzdim. Buna görə də, çox məyusam. Komandamız gənc futbolçulardan ibarətdir. Buna baxmayaraq, çox istəkli və istedadlı futbolçulardır. Komandada bəzi çatışmazlıqlar var, bunun üzərində daha çox çalışıb səhvlərimizi düzəltməliyik".
 
Bu sözləri Sportal.az-a açıqlamasında "Xəzər Lənkəran"da ilk rəsmi matçına çıxan Vüqar Bəybalayev "Qarabağ"la oyundan sonra bildirib. O, qarşıdakı "Böyük oyun" haqda fikirlərini paylaşıb:
 
"Artıq bu məğlubiyyəti unudub qarşıdakı "Neftçi" ilə oyuna hazırlaşmalıyıq. Bu oyunun həm biz, həm də azarkeşlərimiz üçün nə qədər prinsipial olduğunu yaxşı başa düşürük. Ancaq qələbə qazanmaq üçün meydana çıxacağıq. Artıq qələbələrlə azarkeşləri sevindirməyin vaxtıdır".
 

Xəbər xətti