"Xəzər Lənkəran" məğlubiyyətdən sonra istirahətə çəkildi

13:56 - 7 Fevral 2016

Komanda sabah bir araya gələcək

 

Dünən paytaxt səfərində “Qarabağ”a 0:3 hesabı ilə məğlub olan “Xəzər Lənkəran” sərbəst buraxılıb. 

 

Sportal.az xəbər verir ki, "ağ-yaşıllar" yalnız bu gün istirahət edəcək. 


Sabah doğma şəhərdə yenidən bir araya gələcək komanda dörd gün ərzində Lənkərandakı bazasında məşq edəcək. Fevralın 11-də isə komanda Bakıya yollanacaq. 


Qeyd edək ki, “Xəzər Lənkəran”  Premyer Liqanın XXI turu çəçivəsində fevraln 13-də səfərdə “Neftçi” ilə qarşılaşacaq. (12cioyuncu.info)

Xəbər xətti