"Xəzər Lənkəran" "Böyük oyun"a doğma şəhərdə hazırlaşır

21:42 - 8 Fevral 2016

Komanda bu gün bir araya gəlib

 

Ötən tur “Qarabağ”a səfərdə böyük hesabla məğlub olan “Xəzər Lənkəran” doğma şəhərdə bir araya gəlib.

 

Sporrtal.az xəbər verir ki, komanda istirahətini yekunlaşdıraraq Lənkəranda toplanıb. Fevralın 8-də saat 16:00-da başlayan məşqlə komanda əzəli rəqibi ilə oyunun hazırlıqlarına start verib.

 

Xatırladaq ki, “Xəzər Lənkəran” Premyer Liqanın XXI turunda səfərdə “Neftçi” ilə qarşılaşacaq. Oyun fevralın 13-də saat 17:00-dan etibarən “Bakcell Arena” stadionunda keçiriləcək və CBC sport kanalı ilə canlı yayımlanacaq. (12cioyuncu.info).

Xəbər xətti