"Zirə"də sevindirici xəbər

00:02 - 9 Fevral 2016

Souza qayıtdı

 

Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində "Rəvan"la qarşılaşacaq "Zirə" zədəlisindən sevindirici xəbər alıb.

 

Klubdan Sportal.az-a verilən məlumata görə, Dieqo Souza zədəsini tam olaraq sağaldıb. Onun növbəti turda "18-lik"də olacağı gözlənilir.

 

Qeyd edək ki, “Zirə”nin digər zədəlisi İqor İvanoviç isə hələlik fərdi məşqlərlə kifayətlənir.

Xəbər xətti