"Xəzər Lənkəran" "Neftçi" üçün məşq edir

13:17 - 10 Fevral 2016

Gündə iki dəfə məşq

 

Premyer Liqanın XXI turu çərçivəsində mövsümün üçüncü “ Böyük oyun”u baş tutacaq.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Xəzər Lənkəran” səfərdə “ Neftçi” ilə qarşılaşmanın hazırlığına Lənkəranda start verib  və məşqlər gün ərzində iki dəfə olmaqla davam etdirilir.

 

Komandanın iki aparıcı üzvü Tural Qürbətov və Ruslan Cəfərov cəza səbəbindən “ Böyük oyun” u buraxmalı olacaqlar. Fevral ayının 12-nə qədər Lənkərandakı bazasında hazırlığını keçirəcək “ Xəzər Lənkəran” daha sonra paytaxta üz tutacaq. 

Xəbər xətti