Tərlan Əhmədovdan Zohair Benuahi açıqlaması

00:17 - 14 Fevral 2016

"O, bura hansısa klubla danışıqlar aparmaq üçün gəlməyib"
 
AZAL və "Xəzər Lənkəran"ın sabiq futbolçusu Zohair Benuahi bu gün Şüvəlanda AZAL – "İnter" (0:0) qarşılaşmasını izləyib.
 
Sportal.az xəbər verir ki, AZAL-ın baş Tərlan Əhmədov mətbuat konfransında Zohair Benuahi ilə danışıqlar aparmadıqlarını söyləyib:
 
"O, bura hansısa klubla danışıqlar aparmaq üçün gəlməyib. Başqa işi olduğu üçün gəlib. Zohair Benuahini transfer etmək fikrimiz yoxdur".

Xəbər xətti