"Zirə"də ciddi itki

18:53 - 15 Fevral 2016

Elvin Məmmədov zədələndi

 

Premyer Liqanın XXI turunun son matçında "Zirə" öz meydanında "Rəvan"ı qəbul edir.

 

Sportal.az xəbər verir ki, "qartallar" bu matçda ciddi itki ilə üzləşib. Belə ki, matçın 10-cu dəqiqəsində meydan sahiblərinin futbolçusu Elvin Məmmədov zədələnib. Təcrübəli yarımmüdafiəçi oyunu davam etdirə bilməyib və 14-cü dəqiqədə Təmkin Xəlilzadə ilə əvəzlənib.

 

Qeyd edək ki, ilk hissəsi davam edən "Zirə" - "Rəvan" matçında meydan sahibləri 1 - 0 hesabı ilə qalib gəlir.

Xəbər xətti