Nurlan Novruzov: "Lazım olan 3 xalı qazandıq"

20:42 - 15 Fevral 2016

"Oyunun çətin keçəcəyini bilirdik"

 

Premyer Liqanın XXI turunun son matçında "Zirə" öz meydanında "Rəvan"ı 2 - 1 hesabı ilə məğlub edərək 2-ci pillədəki mövqeyini möhkəmlədib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra "qartallar"ın futbolçusu Nurlan Novruzov oyunla bağlı fikirlərini CBC Sporta açıqlayıb.

 

Gənc forvard qarşılaşmanın çətin keçdiyini bildirib: "Biz bu oyuna çox ciddi hazırlaşmışdıq. "Rəvan" əzmkar komandadı. Sonadək mübarizə apardılar. Buna görə onları təbrik edirəm. Oyunun çətin keçəcəyini bilirdik. Biz də 90 dəqiqə mübarizə apardıq. Lazım olan 3 xalı qazandıq".

Xəbər xətti