Bəhmən Həsənov: "Biz heç zaman təslim olmayacağıq"

20:55 - 15 Fevral 2016

"O, meydanda futbolcuları idarə edən məşqcidi"

 

"Oyun gərgin keçdi. Çoxlu yadda qalan epizodlar oldu. Ən azı bir xal ücün gəlmişdik. Buna çox yaxın olsaq da son anda oyunçumuzun yersiz hərəkətinə görə xaldan məhrum olduq".

 

Sportal.az xəbər verir ki, bu fikirləri "Zirə" ilə matçdan (1 - 2) sonra keçirilən mətbuat konfransında "Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov bildirib.

 

Təcrübəli mütəxəssis daha sonra fikirlərinə belə davam edib: "Zirə cox yaxşı komandadı. Rəqibi təbrik edirəm və uğurlar arzulayıram. Heyətimizin yarısı demək olar ki, yoxdu. Sona qədər mübarizə apardıq. Biz heç zaman təslim olmayacağıq. Penalti epizoduna gəlincə isə, hakim yəqin dogru qərar verib. Məglub olsaq belə yaxşı oyun nümayiş etdirdik".

 

Həsənov Saşa Yunisoğlunun yoxluğunun oyunlarına ciddi təsir etdiyini deyib: "Ceyhuna təşəkkür edirəm ki, sınıq burnu ilə oynadı. O perspektivli futbolçudu. Saşa Yunisoğlunun yoxluğu öz sözünü dedi. O, meydanda futbolçuları idarə edən məşqcidi".

 

"Aslanlar"ın çalışdırıcısı komandanın dağılacağı ilə bağlı deyilənlərə də cavab verib: "Mən müsahibələrimdə hər zaman demişəm ki, Rəvan dağılmayacaq. Biz öz oyunumuza davam edəcəyik. Siz bu məlumatları ordan-burdan eşidirsiniz".

Xəbər xətti