"Xəzər Lənkəran" sabiq "Dnepr"li ilə müqavilə imzalayacaq

17:59 - 16 Fevral 2016

Bir müddət əvəzedici komandada çıxış edəcək

 

"Xəzər Lənkəran" baxışda olan futbolçu Bayram Budaqovla bağlı qərar verib.

 

Klubdan Sportal.az-a verilən məlumata görə "ağ-yaşıllar" 22 yaşlı hücumçu ilə münasibətləri rəsmiləşdirəcək. Bir vaxtlar Ukranyanın "Dnepr"in klubunda çıxış etmiş forvardala bu həftə müqavilə imzalanacaq. Sözləşmə mövsümün sonunadək nəzərdə tutulacaq.

 

Gənc futbolçu baş məşqçi Elburus Məmmədovun qərarına əsasən bir müddət əvəzedici komandada çıxış edəcək. Budaqov formasını bərpa etdikdən sonra isə əsas komandaya cəlb olunacaq.

Xəbər xətti