"Xəzər Lənkəran" XXII turlarda

10:26 - 17 Fevral 2016

10-cu matçı

 

“Xəzər Lənkəran” komandası Premyer Liqanın XXII turu çərçivəsində fevralın 21-də doğma meydanda “Zirə“ klubunu qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, bu cənub təmsilçisinin indiyə qədər XXII turlarda keçirəcəyi 10-cu oyun olacaq.

 

Qeyd edək ki, 2014/15-mövsümünün qış fasiləsindən sonra “Araz Naxçıvan” klubunun çempionatdan və kubok yarışmasından imtina etməsi ucbatından Premyer Liqanın XXII turunda baş tutmalı olan “Xəzər Lənkəran” – “Araz” (Naxçıvan) oyunu keçirilməmişdi. Beləliklə, 2004-ci ildən indiyə qədər ölkə çemionatlarının XXII turlarında 10-oyunun 9-da iştirak edən  “Xəzər Lənkəran” 7-dəfə qələbə sevinci yaşayıb. Baş tutan son iki qarşılaşma isə komandamız üçün uğurlu olmayıb. Belə ki, “Xəzər Lənkəran” 2013/14 mövsümündə öz yerində “Sumqayıt”la 2:2-hesablı heç-heçə ilə razılaşaraq meydanı bir xalla tərk etmişdisə, növbəti mövsümdə doğma divarlar arasında “Bakı”ya 0:2 hesabı ilə məğlub olub.

 

“Xəzər Lənkəran” rəqib qapılarından 21-top vurduğu halda öz qapısında cəmi 8-top görüb və ümuilikdə 22-xal toplayıb.(12cioyuncu.info)

Xəbər xətti