Aleksandr Səmədov: "Məğlub olsaq da, şanslarımız qalır"

13:17 - 17 Fevral 2016

"Fənərbaxça" çox aktiv oyun sərgilədi"

 

Ötən gün Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində "Fənərbaxça" doğma meydanda Moskva "Lokomotiv"ini 2:0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra Moskva təmsilçisinin futbolçusu Aleksandr Səmədov bunları qeyd edib:

 

"Fənərbaxça" doğma meydanda çox güclü oyun nümayiş etdirir. Çox aktiv oyun sərgilədilər.Həmin matçda oyunumuz alınmadı. Bir müddət idi ki, rəsmi matç keçirmirdik. Bu da bizim oyunumuza təsir göstərdi. Lakin, növbəti mərhələ şanslarımız qalır. Moskvadakı görüşdə əlimizdən gələni edəcəyik".

Xəbər xətti