"Rəvan" "Qəbələ" ilə görüşə ciddi itkilərlə çıxacaq

00:54 - 20 Fevral 2016

Saşa Yunisoğlu "Qəbələ"yə qarşı oynamayacaq
 
"Rəvan" Premyer Liqanın 22-ci turu çərçivəsində qarşılaşacağı "Qəbələ" ilə oyuna ciddi itkilərlə çıxacaq.
 
Sportal.az xəbər verir ki, paytaxt klubu zədəli Saşa Yunisoğlunun xidmətlərindən yararlana bilməyəcək. Cəmşid Məhərrəmovun oynaması isə sual altındadır.
 
Bundan əlavə, Yasin Hamid və Kənan Müslümov isə cəzalı durumdadırlar.

Xəbər xətti