"Zirə"də zədəli futbolçunun durumuna aydınlıq gəldi

15:05 - 22 Fevral 2016

Növbəti matçda oynayacaq?

 

Xəbər verdiyimiz kimi, "Zirə"nin futbolçusu Yovan Krneta ötən gün keçirilən "Xəzər Lənkəran"la matçda zədələnərək meydanı tərk edib.

 

Sportal.az xəbər verir ki, Krnetanın zədəsi elə də ciddi deyil. Onun növbəti turda oynayıb-oynamayacağı isə hələlik bəlli deyil.

 

Qeyd edək ki, "Zirə" növbəti tur çərçivəsində fevralın 27-si "Neftçi"ni qəbul edəcək.

Xəbər xətti