AZAL-ın futbolçusu: "Avrokuboklara vəsiqə qazanmaq istəyirik"

12:41 - 23 Fevral 2016

"Növbəti oyunlar yaxşı olacaq"
 
"İstədiyimiz oyunu sərgiləyə bilmədik. Matç çox ağır oldu. Top itkilərimiz çox oldu. Diqqətsizlik etdik və məğlub olduq. Komandamızda əhval-ruhiyyə yaxşıdır. Ötən ilin sonlarında yaxşı formada idik. Ona görə də ardıcıl 6 oyunda xal itirmədik. Fikrimcə, növbəti oyunlar yaxşı olacaq".
 
Bu sözləri "Sumqayıt" - AZAL (2:0) matçından sonra "təyyarəçilər"in müdafiəçisi Kamil Hüseynov Sportal.az-a açıqlamasında söyləyib.
 
24 yaşlı futbolçu AZAL-ın hədəfləri haqda belə danışıb:
 
"Avroliqada hər bir komanda çıxış etmək istəyir. İnşallah çalışıb avrokuboklara vəsiqə qazanmaq istəyirik. Çempionatı 4 və ya 5-ci pillədə bitirmək istəyirik".

Xəbər xətti