"Xəzər Lənkəran"ın "Qəbələ" hazırlığı

14:24 - 23 Fevral 2016

23-cü turun hazırlığı
 
“Xəzər Lənkəran” bir günlük istirahətdən sonra bu gün 23-cü turun hazırlığına başlayır. 

Sportal.az xəbər verir ki, qış fasiləsindən sonra keçirdiyi son iki qarşılaşmada məğlub olan komanda bu dəfə çətin Qəbələ səfərinə yollanacaq. 

Fevral ayının 26-na qədər Lənkərandakı bazasında məşqlərini davam etdirəcək “Xəzər Lənkəran” həmin gün səfərə çıxacaq və bir gün sonra Qəbələdə eyni adlı komanda ilə üz-üzə gələcək. Komandada zədəli və cəzalı futbolçu yoxdur. 

Qeyd edək ki, fevralın 27-də keçiriləcək "Qəbələ" - "Xəzər Lənkəran" oyunu saat 17:00-da başlayacaq.

Xəbər xətti