Azərbaycanda baş məşqçi və hakim söyüşdülər

16:42 - 23 Fevral 2016

U-12 liqasında...

 

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, toplantıda uşaq liqaları ilə bağlı cəzalar da açıqlanıb.


(14 fevral 2016-cı il) U-12 Liqasının MKT-Araz (İmişli) – Bahar-Gİİ (Beyləqan) matçı başa çatdıqdan sonra qonaq komandanın baş məşqçisi Xudaverdi Tumusovla oyunun baş hakimi bir-birini təhqir etmişlər. Tumusov hakimi təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb. Oyunun baş hakimi haqqında isə Hakimlər Komitəsi lazımı ölçü götürüb, İntizam Komitəsini məlumatlandırılması ilə bağlı göstəriş verilib.


(15 fevral 2016-cı il) Bakcell U-17 Liqasının AZAL – "Neftçi” İK İB matçının 64-cü dəqiqəsində ev sahibi komandanın futbolçusu Əli Səfərov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb.


(15 fevral 2016-cı il) Bakcell U-17 Liqasının "Bakı” – "Xəzər Lənkəran” matçının 87-ci dəqiqəsində ev sahibi koamandanın futbolçusu Nicat Məmiyev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb.

Xəbər xətti