"Gənc qapıçılar" klubu fəaliyyətini bərpa etdi

10:51 - 25 Fevral 2016

Çətinlikdən çıxa bildi

 

Gəncədə Xəyal Zeynalov və Tariyel Hüseynovun rəhbərliyi ilə fəaliyyət göstərən "Gənc qapıçılar" klubunun çətin günlər yaşadığı barədə xəbər vermişdik.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, klub artıq çətin günlərini arxada qoyub. Belə ki, Gəncə TİM-in rəhbəri İntiqam Hüseynov və Təhsil Nazirliyinin dəstəyi ilə klub fəaliyyətini bərpa edib.

 

Qeyd edək ki, klub Azərbaycan futboluna qapıçı yetişdirməyi qabaqlarına məqsəd qoyub.

Xəbər xətti