"Zirə" "Qarabağ"la matçöncəsi Qurbanovu itirdi

00:36 - 28 Fevral 2016

Nicat Qurbanov cəzalı durumda
 
Premyer Liqanın 24-cü turunda səfərdə "Qarabağ"ın qonağı olacaq "Zirə" bu matça itki ilə çıxacaq.

Sportal.az xəbər verir ki, Zirə təmsilçisinin hücumçusu Nicat Qurbanov dünən ölkə çempionatının 23-cü turunun qarşılaşmasında "Neftçi" ilə oyunda sarı vərəqə alaraq cəzalı duruma düşüb. Qurbanov "Qarabağ"la matçda komandasına kömək edə bilməyəcək.
 
Qeyd edək ki, "Qarabağ" - "Zirə" matçı martın 5-də baş tutacaq.

Xəbər xətti