"Lion" PSJ-nin məğlubiyyətsizlik seriyasına son qoydu VİDEO

02:15 - 29 Fevral 2016

28-ci tur
 
Fransa I Liqasında 28-ci tura yekun vurulub.
 
Sportal.az xəbər verir ki, turun son qarşılaşmasında "Lion" PSJ-ni qəbul edib. Gərgin mübarizə şəratində keçən qarşılaşmada qonaqların 36 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyulub. 2 - 1 hesabı ilə qalib gələn "Lion" 42 xalla turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib. 350 gün sonra Liqada ilk dəfə məğlub olan PSJ isə 73 xalla vahid liderdir.
 
"Lion" 2 - 1 PSJ
 
QOLLAR: Kornet, 13, Darder 45 - Lukas Moura, 51
 

Xəbər xətti