"Zirə"nin tarixində ilk böyükhesablı qələbə

12:47 - 29 Fevral 2016

"Neftçi"ni məğlub etməklə
 
Azərbaycan Premyer Liqasında debüt mövsümünü keçirən “Zirə” ilk böyükhesablı qələbəsini qazanıb.
 
Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Adil Şükürovun yetirmələri buna XXIII turda nail olub. İlk 22 oyununda 3 və ya daha çox top fərqi ilə qalib gələ bilməyən paytaxt təmsilçisi ilkini “Neftçi” ilə ev oyununda gerçəkləşdirib – 3:0. “Zirə” ölkə çempionatları tarixində böyük hesabla qalib gəlməyi bacaran 49-cu komandadır. Yüksək liqada oynamış 58 klubdan yalnız 9-u belə qələbə əldə etməyib. Hamıdan çox – 116 belə uğuru olan “Neftçi” isə ölkə çempionatlarında 8-ci dəfə böyükhesablı məğlubiyyət alıb. Nəticələri ləğv olunub, bütün matçlarda texniki məğlubiyyət alan “Gənclik”dən başqa bütün komandaların hesabında 3 və daha çox top fərqli yenilgi var.

Xəbər xətti