"Xəzər Lənkəran"ın yeni transferi əsas komandada

00:47 - 1 Mart 2016

Budaqov "Neftçi"yə qarşı oynaya bilər
 
"Dnepr”in yetirməsi və 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Bayram Budaqovun "Xəzər Lənkəran”la müqavilə imzalaması ilə bağlı məlumatı diqqətinizə çatdırmışdıq.  Cənub klubunun baş məşqçisi Elbrus Məmmədov bəyəndiyi futbolçunu formasını bərpa etmək üçün əvəzedici komandaya göndərmişdi.
 
Sportal.az xəbər verir ki, mütəxəssis artıq Budaqovu əsas komandaya cəlb edib. Onun Azərbaycan kubokunun ¼ final mərhələsində "Neftçi”ilə qarşılaşmada heyətdə yer alacağı gözlənilir. 
 
Qeyd edək ki, Budaqov "Xəzər Lənkəran”da "9” nömrəli forma altında çıxış edəcək. 

Xəbər xətti