Azərbaycan Kubokunun finalı Gəncədə keçiriləcək

13:17 - 1 Mart 2016

Stadion təmir olunacaq

 

Futbol üzrə Azərbaycan Kubokunun finalı Gəncə şəhər stadionunda keçiriləcək.

 

Sportal.az xəbər verir ki, bu barədə Klublar Komitəsinin sədri Fikrət Hüseynov jurnalistlərə açıqlamasında deyib.

 

F.Hüseynov bugünkü iclasda qəbul olunmuş qərarın İcraiyyə Komitəsinin gündəliyinə salınacağını bildirib. F.Hüseynov bu məqsədlə "Kəpəz"in stadionunun mayadək təmir edəcəyini söyləyib. Bu məqsədlə təmir başa çatanadək kluba ev oyunlarını başqa stadionda keçirməsi tövsiyə olunacaq.  

 

Qeyd edək ki, Azərbaycan Kubokunun finalı mayın 25-də keçiriləcək. (Report)

Xəbər xətti