Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunlarında neçə azarkeş qeydə alındı?

10:30 - 3 Mart 2016

1/4 final
 
Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları başa çatıb.
 
Sportal.az xəbər verir ki, baş tutan 4 qarşılaşmanı stadiondan ümumilikdə 6030 tamaşaçı izləyib.
 
Ən çox azarkeş "Xəzər Lənkəran" - "Neftçi" matçında olub. "Böyük oyun"u 4500 azarkeş izləyib. "Qarabağ" - "Sumqayıt" matçını 700, "Zirə" - "Qəbələ" oyununu isə 630 azarkeş stadiondan izləyib. Ən az azarkeş isə "Bayıl Arena"da baş tutan paytaxt derbisində qeydə alınıb. "Rəvan" - "inter" görüşünü 200 azarkeş stadiondan izləyib.

Xəbər xətti