"Xəzər Lənkəran" AZAL-la matçöncəsi futbolçuları sevindirəcək

01:49 - 4 Mart 2016

Maaşlar veriləcək
 
Premyer Liqanın 24-cü turunda AZAL-ı qəbul edəcək "Xəzər Lənkəran" futbolçuları klub rəhbərliyindən şad xəbər alıb.
 
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, klub rəhbərliyi məhz bu matça qədər komandaya maaşların veriləcəyini bildirib. Bundan əlavə, "Xəzər Lənkəran"ın kubokda "Neftçi"ni keçəcəyi halda futbolçulara xüsusi mükafat vədi də verilib.
 
Qeyd edək ki, "Xəzər Lənkəran" - AZAL matçı martın 5-i saat 14:00-da baş tutacaq.

Xəbər xətti