"Barselona"nın matçında maraqlı hadisə: Hakim Arda Turana yanlışlıqla qırmızı vərəqə göstərdi VİDEO

02:51 - 4 Mart 2016

Vərəqələri səhv saldı
 
İspaniya La Liqasının 27-ci turunun son matçında "Barselona" səfərdə "Rayo Valyekano"nu 5 - 1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, matçın 78-ci dəqiqəsində maraqlı hadisə yaşanıb. Belə ki, Kataloniya təmsilçisinin futbolçusu Arda Turan rəqibə qarşı qaydanı pozur, baş hakim ilk olaraq Ardaya qırmızı vərəqə göstərir, bir neçə saniyə sonra vərəqələri səhv saldığını başa düşən hakim qərarını dəyişdirərək futbolçunu sarı vərəqə ilə cəzalandırır.

Xəbər xətti