"Xəzər Lənkəran"da maaşlar verildi

17:43 - 4 Mart 2016

AZAL matçıöncəsi...

 

Premyer Liqanın 24-cü turunda AZAL-ı qəbul edəcək "Xəzər Lənkəran" futbolçuları klub rəhbərliyindən şad xəbər alıb.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, klub rəhbərliyi bu gün keçirilən məşqdən sonra ötən ayın maaşlarını ödəyib. 

 

Qeyd edək ki, "Xəzər Lənkəran" - AZAL matçı martın 5-i saat 14:00-da baş tutacaq.

Xəbər xətti