"Xəzər Lənkəran"a zədəlisindən şad xəbər

00:09 - 5 Mart 2016

AZAL-a qarşı oynaya biləcək
 
"Xəzər Lənkəran"ın zədəli futbolçusu Zaman Mirzəzadədən yeni xəbər var.
 
Sportal.az xəbər verir ki, "Neftçi" ilə oyunda zədələnən gənc futbolçu tibbi müayinədən keçib. Məlum olub ki, Zamanın zədəsi ciddi deyil. O, Premyer Liqanın XXIV turunda AZAL-a qarşı oynaya biləcək.
 
Qeyd edək ki, "Xəzər Lənkəran" - AZAL matçı bu gün saat 14:00-da start götürəcək.

Xəbər xətti