"Xəzər Lənkəran" "Neftçi" üçün istirahətsiz başlayacaq

01:35 - 6 Mart 2016

Komanda ayın 8-i paytaxta gələcək
 
Premyer Liqanın XXIV turunda doğma meydanda AZAL-a minimal hesabla məğlub olan “Xəzər Lənkəran” qısa fasilədən sonra məşq edəcək.
 
Sportal.az xəbər verir ki, martın 5-də AZAL-la keçirilən oyunun ardından özünün baza-otelində istirahətə çəkilib. Lakin bu istirahət cəmi 24-saat sürəcək. Belə ki, komanda martın 6-də saat 16:00-da məşqə çıxacaq. Daha iki gün Lənkəranda hazırlaşdıqdan sonra “Xəzər Lənkəran” paytaxta yollanacaq. 
 
Qeyd edək ki, “Xəzər Lənkəran”  ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində mart ayının 9-da səfərdə “Neftçi” ilə qarşılaşacaq.

Xəbər xətti