"Xəzər Lənkəran" "Kəpəz"lə matça ciddi itki ilə çıxacaq

11:11 - 7 Mart 2016

Məmmədov cəzalı duruma düşdü
 
Premyer Liqanın 25-ci turunda "Xəzər Lənkəran" Gəncədə "Kəpəz"in qonağı olacaq.
 
Sportal.az xəbər verir ki, əyalət təmsilçisi bu matça ciddi itki ilə çıxacaq. Belə ki, "Xəzər Lənkəran"ın müdafiəçisi Nodar Məmmədov 24-cü turda AZAL-la oyunda sarı vərəqə alaraq cəzalı duruma düşüb.

Qeyd edək ki, "Kəpəz" - "Xəzər Lənkəran" matçı martın 13-də keçiriləcək.

Xəbər xətti