"Xəzər Lənkəran" öz şərtlərini "Ovyedo"ya göndərdi

00:49 - 8 Mart 2016

Danışıqlar davam edir
 
İspaniyanın "Ovyedo" klubu futbolçu Elnur Cəfərovu transfer etmək üçün dünən "Xəzər Lənkəran"a məktub göndərib.
 
Sportal.az xəbər verir ki, İspaniya klubunun təklifi cənub təmsilçisini razı salmayıb. Belə ki, "Ovyedo" Cəfərovu kompensasiya ödəmədən heyətinə qatmaq istəyir. Cənub klubu isə buna razı olmayaraq, öz şərtlərini İspaniya klubuna göndərib. Tərəflər arasında danışıqlar davam edir. 

Xəbər xətti