SON DƏQİQƏ "Zirə"də "Qəbələ" ilə matçöncəsi ciddi itki

17:42 - 8 Mart 2016

Şemonayev bu matçı buraxmalı olacaq
 
Ölkə kubokunun 1/4 final mərhələsinin cavab matçında "Zirə" səfərdə "Qəbələ"nin qonağı olacaq.

Klubun mətbuat xidmətindən Sportal.az-a verilən məlumata görə, komandanın əsas heyət üzvlərindən sayılan Aleksandr Şemonayev zədələnərək sıradan çıxıb. Onun hansı müddətdə oynamayacağı bilinməsə də, sabahkı qarşılaşmanı buraxacağı dəqiqdir.
 
Qeyd edək ki, "Qəbələ" - "Zirə" matçı sabah saat 15:00-da start götürəcək.

Xəbər xətti