"Zirə"də 1/4 final matçöncəsi son durum

01:00 - 9 Mart 2016

Məmmədov bu matçda iştirak edə bilər
 
Ölkə kubokunun 1/4 final mərhələsinin cavab matçında bu gün "Zirə" səfərdə "Qəbələ"nin qonağı olacaq.

Klubdan Sportal.az-a verilən məlumata görə, zədəli Elvin Məmmədov zədəsini tam sağaldaraq oyunöncəsi hazırlıqda komanda ilə məşq edib. Digər iki zədəli Aleksandr Şemonayev və Yovan Krnetanın bu matçı buraxacağı gözlənilir.
 
Qeyd edək ki, qarşılaşma saat 15:00-da start götürəcək.

Xəbər xətti