Azərbaycan Kuboku: ilk yarımfinal cütlüyü bəllidi

17:52 - 9 Mart 2016

"Qəbələ" rəqibini gözləyir

 

Azərbaycan kubokunda yarımfinala yüksələn üç komandanın adı məlumdur.

 

Sportal.az xəbər verir ki, bunlar “Qarabağ”, “Qəbələ” və “İnter”dir. Bununla da yarımfinal mərhələsinin ilk cütü müəyyənləşib. Bu mərhələdə “Qarabağ” və “İnter” klubları qarşılaşacaq. “Qəbələ”nin rəqibi isə “Neftçi” – “Xəzər Lənkəran” matçından sonra bəlli olacaq. 


Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunları aprel 27-də, cavab qarşılaşmaları isə mayın 4-də keçiriləcək.

Xəbər xətti