"Xəzər Lənkəran" bəyanat yaydı: "Səsvermədə sağlam rəqabət getmir"

12:26 - 10 Mart 2016

Tuyqun Nadirov namizədliyini geri götürüb
 
"Xəzər Lənkəran" klubunun vitse-prezident Tuyqun Nadirovun AFFA İcraiyyə Komitəsinə namizədliyini geri götürüb.
 
Sportal.az xəbər verir ki, klubun rəsmi saytı bu barədə bəyanat yayıb.

Bəyanatda bunlar qeyd edilib:
"Səsvermədə iştirak edən subyektlərin mütləq çoxluğunun faktiki olaraq ölkənin futbol həyatında əsas rol oynamadığını və bunun nəticəsində səsvermənin öz məqsədlərinə tam cavab vermədiyini nəzərə alaraq “Xəzər Lənkəran” Futbol Klubu Tuyqun Nadirovun AFFA İcraiyyə Komitəsinə namizədliyini geri götürür.
 
Mövcüd qaydalara əsasən ümumi 34 səsdən 24 səs hüququ Regional və Sahə Futbol Federasiyaları, həmçinin İctimai Futbol Təşkilatlarına məxsusdur. Bu isə öz növbəsində seçkilərə müstəqil surətdə namizədlik verən şəxsin komitəyə seçilməsini əngəlləyir və sağlam rəqabət prinsiplərinə uyğunsuzluq yaradır.
 
"Xəzər Lənkəran" Futbol Klubu İcraiyyə Komitəsini namizədliyi irəli sürülmüş hər kəsə uğurlar arzulayır və Komitənin ölkə futbolunun inkişafına dəyərli töhfələr verəcəyinə inamını bildirir".

Xəbər xətti