"Xəzər Lənkəran"da istirahət

16:12 - 10 Mart 2016

Sabah başlayacaq

 

Ölkə kubokunun 1/4 final mərhələsinin cavab matçında səfərdə “Neftçi”yə məğlub olan “Xəzər Lənkəran” sərbəst buraxılıb.

 

Sportal.az xəbər verir ki, komanda bu gün istirahət edəcək. Sabah martın 11-də günorta saatlarında Lənkəranda bir araya gələcək cənub təmsilçisi saat 16:00-da keçirəcəyi məşqlə çempionat matçının hazırlığına start verəcək və iki gün doğma şəhərdəki bazasında hazırlaşdıqdan sonra Gəncəyə yollanacaq.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” Premyer Liqanın XXV turu çərçivəsində martın 13-də “Kəpəz” klubunun qonağı olacaq.

Xəbər xətti