"Xəzər Lənkəran"ın futbolçusu: "Hakim mənə dedi ki, qoduq, səni futboldan silərəm"

19:03 - 10 Mart 2016

"Biz 12 nəfərə qarşı oynadıq"

 

"Çətin oyun olacağını bilirdik. Düzü, pis oynamadıq. Hakimin verdiyi səhv qərarlar komandanı sındırdı".

 

Sportal.az xəbər verir ki, bu sözləri ölkə kubokunun 1/4 final mərhələsində “Neftçi”yə uduzaraq (2:0) mübarizəni dayandıran "Xəzər Lənkəran" klubunun futbolçusu Orxan Səfiyaroğlu deyib.

 

25 yaşlı yarımmüdafiəçi matçın baş hakimi Rəhim Həsənovun onu hədələdiyini də bildirib: "Elə matçdan öncə baş məşqçimiz də dedi ki, ehtiyatlı oynayın. Çalışın ki, cərimə meydançasında rəqib futbolçulara toxunmayın. Biz 12 nəfərə qarşı oynadıq. Qarşılaşmadan dərhal sonra baş hakim Rəhim Həsənova yaxınlaşaraq dedim ki, əziyyətimizi yerə vurdunuz. Haqqımızı halal etmirik. Cavabında mənə dedi ki, "qoduq, get o tərəfə". Səni bir sözümlə futboldan silərəm" (premyer.az).

Xəbər xətti