Tuyqun Nadirov UEFA-nın baş katibi ilə görüşdü

19:33 - 11 Mart 2016

Teodoris Azərbaycana növbəti səfəri çərçivəsində Lənkərana gələcəyini bildirdi
 
Bu gün AFFA-nın Hesabat-Seçki Konfransı çərçivəsində "Xəzər Lənkəran" Futbol Klubunun vitse-prezidenti Tuyqun Nadirov və UEFA-nın baş katibi Teodor Teodoris arasında təkbətək görüş keçirildi.
 
Sportal.az xəbər verir ki, görüş zamanı qitə futbol qurumunun rəsmisinə "Xəzər Lənkəran" haqqında ətraflı məlumat verilib, klubun tarixi, infrastrukturu, fəaliyyəti, eləcə də akademiyanın nailiyyətləri barədə ətraflı məlumat verilib. Teodoris Azərbaycana növbəti səfəri çərçivəsində Lənkərana gələcəyini bildirdi.

Xəbər xətti