"Zirə"nin zədəlilərindən "Qəbələ" ilə matçöncəsi şad xəbər

01:00 - 13 Mart 2016

Hər üç futbolçu meydanda ola bilər
 
Premyer Liqanın 25-ci turunda "Qəbələ"nin qonağı olacaq "Zirə" zədəlilərindən şad xəbər alıb.

Sportal.az-ın əldə etdiyi məlumata görə, zədəlilər Elvin Məmmədov, Yovan Krneta və Aleksandr Şemonayev artıq zədələrini sağaldıb. Məşqçilər heyətinin şans verəcəyi təqdirdə hər 3 futbolçu "Qəbələ" ilə qarşılaşmada meydanda ola bilər. Debütantın heyətindən yeganə itki cəzalı olan Luiz Alberto Diezdir.
 
Qeyd edək ki, "Qəbələ" - "Zirə" dueli  bu gün saat 15:00-da start götürəcək.

Xəbər xətti