Elbrus Məmmədov: "Hakim səhvi oyunun nəticəsinə təsir etdi"

17:50 - 13 Mart 2016

"Kənardan izləyənlər də bu qənaətdədir"

 

Azərbaycan Premyer Liqasının XXV turu çərçivəsində səfərdə "Kəpəz"in qonağı olan "Xəzər Lənkəran" 0:2 hesabı ilə məğlub olub.

 

Sportal.az-ın stadionda olan əməkdaşının verdiyi məlumata görə, oyundan sonra keçirilən mətbuat konfransında "Xəzər Lənkəran"ın baş məşqçisi bunları qeyd edib:

 

"Əvvəla, rəqibi qələbə münasibətilə təbrik edirəm. Lakin, onu demək istəyirəm ki, hesab oyuna görə olmadı. Kənardan izləyənlər də bu qənaətdədir. Komandama məğlub  olmağımıza baxmayaraq, təşəkkür edirəm. Ard-arda ikinci matçdır ki, hakim səhvindən ilk qolu buraxırıq. Təbbi ki, buna təəssüflənirəm. Hakim səhvi oyunun nəticəsinə təsir etdi".

Xəbər xətti