"Xəzər Lənkəran"da istirahət

00:43 - 14 Mart 2016

Komanda iki gündən sonra bir araya gələcək
 
Gəncə səfərində “Kəpəz”dən alıdığı 0:2 hesablı məğlubiyyətin ardından “Xəzər Lənkəran” sərbəst buraxılıb.
 
Sportal.az xəbər verir ki, cənub təmsilçisi  martın 14-də və 15-də olmaqla, ardıcıl iki gün istirahət edəcək. Martın 16-da çərşənbə günü doğma şəhərdə yenidən bir araya gələcək komanda növbəti günlər ərzində Lənkərandakı bazasında hazırlaşacaq.
 
Qeyd edək ki, “Xəzər Lənkəran”  Premyer Liqanın XXVI turu çəçivəsində martın 20-də "İnter"i qəbul edəcək.

Xəbər xətti