"Xəzər Lənkəran" "İnter"lə matça ciddi itki ilə çıxacaq

10:27 - 14 Mart 2016

Cəzalı durumda

 

Azərbaycan Premyer Liqasının XXVI turunda "İnter"i qəbul edəcək "Xəzər Lənkəran" bu matça ciddi itki ilə çıxacaq.

 

Sportal.az xəbər verir ki, ötən gün keçirilən "Kəpəz"lə matçd sarı vərəqə alan qolkiper Orxan Sadıqlı cəzalı duruma düşdüyündən növbəti matçı buraxmalı olacaq.

 

Qeyd edək ki, "Xəzər Lənkəran" - "İnter" matçı martın 20-i baş tutacaq.

Xəbər xətti