Zlatan İbrahimoviç PSJ-də hansı şərtlə qalacağını açıqladı

18:40 - 14 Mart 2016

"Heykəlimi ucaltsalar qalacam"
 
PSJ-nin hücumçusu Zlatan İbrahimoviç PSJ-dən ayrılıb-ayrılmayacağı haqda verilən suala maraqlı cavab verib verib.
 
Sportal.az xəbər verir ki, PSJ-nin çempionluğunda əsas pay sahiblərindən olan ulduz futbolçu suala belə cavab verib:
 
"Hələ ki, mövsümün sonuna qədər müqaviləm var. Əgər Eyfel qülləsinin yerinə mənim heykəlimi ucaltsalar PSJ-də qalacam".

Xəbər xətti