"Xəzər Lənkəran"da üzlər gülür: Komandaya olan borclar ödənildi

01:00 - 17 Mart 2016

Yalnız iki futbolçuya cüzi borc qalıb
 
"Xəzər Lənkəran" rəhbərliyi Novruz bayramı öncəsi komandanı sevindirib.

Sportal.az-ın əldə etdiyi məlumata görə, futbolçulara artıq fevral ayının maaşı ödənilib. Klubun əvvəldən borcu olduğu və hazırda komandada olan futbolçulara da köhnə borclar ödənilib. Yalnız iki futbolçuya cüzi miqdarda ödəniləcək məbləğ qalıb ki, bu da tezliklə veriləcək.

Xəbər xətti