"Sportinq"dən futbolçulara qadağa

13:58 - 19 Mart 2016

Qırmızı rəngli butsı ilə oynamaq olmaz
 
Portuqaliya Premyer Liqasında mübarizə aparan "Sportinq" klubu futbolçulara maraqlı qadağa qoyub.
 
Sportal.az xəbər verir ki, Lissabon klubu futbolçulara qırmızı rəngdə butsı geyinməyi qadağan edib. Buna səbəb isə "Sportinq"in əzəli rəqibi olan "Benfika" klubunun qırmızı rəngdə forma geyinməsidir.
 
Bundan əlavə, "Sportinq"in yayda "Sanderlend"dən icarəyə götürdüyü Sebastian Koatesin müqaviləsinə qırmızı rəngdə butsı geyinməyi qadağan edən maddə də qoyub.

Xəbər xətti