Elbrus Məmmədov: "Bunun öhdəsindən gələ bilmirik"

16:13 - 20 Mart 2016

"Ən böyük problemimiz hücum xətti ilə bağlıdır"
 
Azərbaycan Premyer Liqasının XXVI turunda "Xəzər Lənkəran” doğma azarkeşləri önündə "İnter”ə 1-0 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında "Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov fikirlərini bildirib: 
 
 "Baxımlı oyun alındı. Rəqibdən üstün futbol oynasaq da, qələbə qazanmağı bacarmadıq. Ən böyük problemimiz hücum xətti ilə bağlıdır. Hücum xətti ən yaralı yerimizdir. Sadəcə, təcrübə çatışmır. Qol vəziyyətlərimiz olsa da, bunun öhdəsindən gələ bilmirik".

Xəbər xətti