Tərlan Əhmədov: "Rəqib əks-hücumlardan daha yaxşı istifadə etdi"

17:41 - 20 Mart 2016

"Qalib gələ bilərdik"
 
Premyer Liqanın 26-cı turunun son matçında AZAL səfərdə "Zirə" 4:2 hesabı ilə məğlub olub.
 
Sportal.az xəbər verir ki, AZAL-ın başa məşqçisi Tərlan Əhmədov "CBC Sport"a açıqlamasında qarşılaşmaya belə şərh verib:
 
"Hər halda futbolun gözəlliyin qoldur, 6 qolun vurulması oyunun necə maraqlı olduğunu göstərdi. Bilirdik, bizi ağır oyun gözləyir. "Zirə" yeni yaranmış komandadır, evdə də onları məğlub etmişdik. Bu matçda da qalib gələ bilərdik, amma əks-hücumlardan rəqib daha yaxşı istifadə etdi. Bir az standard vəziyyətlərdə diqqətsizlik etdik. Amma məğlubiyyətə baxmayaraq, komandadan razı qaldım. Ayın 30-da baş tutacaq "Qəbələ" ilə matç haqda fikirləşməliyik. Oyunda 3:2 hesabı ilə geri düşdükdən sonra cinah futbolçuları və hücumçuları oyuna saldım ki, daha sürətli qarşılaşma alınsın. Hesab 2:2 olanda bu əvəzetmələri etməyi düşünmürdüm".

Xəbər xətti