Adil Şükürov: "Hər bir futbolçu əlindən gələnini etdi"

17:55 - 20 Mart 2016

"Bonillanın olmaması irəlidə bizə problem yaradırdı"
 
Premyer Liqanın 26-cı turunun son matçında "Zirə" AZAL-ı 4:2 hesabı ilə məğlub edib.
 
Sportal.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında Zirə təmsilçisinin baş məşqçisi Adil Şükürov qələbəyə belə şərh verib.
 
"Azarkeşlərimizə təşəkkürümü bildirirəm ki, bizi hər oyunda dəstəkləyirlər, tək qoymurlar. Bu gün çətin hava şəraitində oynadıq. Hesabda iki dəfə irəli keçsək də, rəqib hesabı bərabərləşdirdi, amma sonda qələbə qazandıq. Bilirdik ki, AZAL necə oynayır.  Düzdür, standard vəziyyətlərdən qollar buraxsaq da, öz qollarımızı da vura bildik.Belə havalarda oyunçulara tapşırıq veririk ki, dəqiq oynasın. Qəbələdən gəldikdən sonra komandada bunun üzərində işləyirdik. Futbolçulara təşəkkürümü bildirirəm ki, tapşrıqları yerinə yetirdilər. Öz oyunumuzu oynadıq, çalışırdıq ki, topa daha nəzarət edək. Bonillanın olmaması irəlidə bizə problem yaradırdı, amma məşqçilər heyəti məsləhətləşib bu oyuna bu heyəti hazırladıq və hər bir futbolçu da əlindən gələnini maksimum şəkildə etməyə çalışdı. Sonradan daxil oyunçular komandaya kömək etdilər və nəticəyə də təsir etdilər".

Xəbər xətti