"Xəzər Lənkəran" nə vaxt toplanır?

12:30 - 22 Mart 2016

4 gün istirahətdə

 

Premyer Liqanın XXVI turunda “Inter”ə 0:1 hesabı ilə məğlub olan “Xəzər Lənkəran” sərbəst buraxılıb.

 

Sportal.az xəbər verir ki, cənub təmsilçisi 4-gün istirahət edəcək. Martın 25-də isə yenidən doğma şəhərdə bir araya gələcək komanda qarşıdakı günlərdə Lənkərandakı bazasında hazırlaşacaq.

 

Qeyd edək ki, “Xəzər Lənkəran”  Premyer Liqanın XXVII turu çərçivəsində martın 30-da səfərdə “Sumqayıt” klubu ilə qarşılaşacaq.

Xəbər xətti